“Əl-Cəzirə” televiziya kanalı Ağdamın işğaldan azad edilməsi ilə bağlı xüsusi reportaj hazırlayıb.
Teleqraf.com-un məlumatına görə, kanalın Ağdama ezam olunmuş müxbiri qeyd edib ki, Ermənistan 30 ildən sonra ərazini Azərbaycana təhvil verməyə məcbur olub:
“Azərbaycan Ordusu Ağdama daxil oldu. Bu ərazi təxminən 30 ildir Ermənistanın nəzarəti altında idi. 6 həftəlik döyüşlərdən sonra atəşkəs nəticəsində Ermənistan bu ərazidən əlini çəkdi”.