21 Noyabr 2020 18:49
3 294
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada avtobusa maskasız minən cütlüyü xəbərdar edən sərnişin bıçaqlanaraq öldürülüb.

Teleqraf.com xəbər verir ki, hadisə Sankt-Peterburqda olub.

Xəbərdarlığa məhəl qoymayan cütlük adı açıqlanmayan 53 yaşlı sərnişinə yumruqla hücum etməyə başlayıb.

Daha sonra avtobusdan aşağı salınan sərnişin bədənin müxtəlif yerlərindən bıçaqlanıb. Ağır yaralanan sərnişin xəstəxanaya yerləşdirilməsinə baxmayaraq ölüb.

Rusiya Daxili İşlər Nazirliyi təcavüzkarın tutulduğunu və hadisəylə bağlı istintaqın davam etdiyini açıqlayıb.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər