22 Noyabr 2020 10:39
4 614
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığı ilə işğaldan azad olunmuş Şuşa şəhərinin təhlükəsizliyinin gücləndirilməsi, şəhərdə hərbi və hüquq-mühafizə orqanları arasında koordinasiya işinin təşkili məqsədilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi general-leytenant Əli Nağıyevin cari ilin 19-20 noyabr tarixlərində Şuşa şəhərinə xidməti səfəri olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsi məlumatı yayıb.

Qeyd edilən səfər çərçivəsində Xidmət rəisi, həmçinin Füzuli şəhəri və Hadrut qəsəbəsində DTX-nin yeni fəaliyyətə başlamış yerli şöbələrinin təchizat məsələləri və iş şəraiti ilə tanış olub, Müdafiə Nazirliyi və digər strukturların əməkdaşları ilə görüşlər keçirib, qarşıda duran birgə vəzifələr müzakirə olunub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər