22 Noyabr 2020 19:28
624
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz bu gün Füzulidə tamamilə dağılmış ərazilər gördük”.

Teleqraf.com-un məlumatına görə, bunu bu gün işğaldan azad olunmuş Füzuli rayonunda səfərdə olan Polşanın Azərbaycandakı səfiri Rafal Poborski bildirib.

Səfir deyib ki, bu, bir ölkə üçün acınacaqlı vəziyyətdir və beynəlxalq ictimaiyyətə çatdırılmalıdır. Bunun Ermənistan tərəfindən Azərbaycan ərazisində törədilmiş hərbi cinayət kimi dəyərləndirilməsinə gəlincə, R. Poborski qeyd edib ki, bu, faktlarla təsdiq olunmalıdır: “Mən inanıram ki, tez bir zamanda Azərbaycan dövləti buranı gözəl məkana çevirəcək”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər