23 Noyabr 2020 11:39

Bir qədər əvvəl Bakının Ziya Bünyadov prospektində yol nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev deyib.

Qurum sözçüsü bildirib ki, bu səbəbdən hazırda Bakı Olimpiya Stadionunun qarşısından başlayaraq “20 Yanvar” dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

Sıxlıq səbəbindən bu istiqamətdə ekspress və müntəzəm xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr müşahidə olunur.


Müəllif: Yeganə Oqtayqızı