24 Noyabr 2020 11:40
3 551
12 Punto 14 Punto 16 Punto 18 Punto

Parlamentin bugünkü iclasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov medalların təsisi ilə bağlı qanun layihələrinin bir oxunuşda qəbul olunmasını təklif edib.

Teleqraf.com-un məlumatına görə, komitə sədri qeyd edib ki, bu qanun layihələri birinci oxunuşda müzakirə olunan zaman heç bir irad və təklif səslənmədi:

“Hesab edirəm ki, bu qanun layihələri I oxunuşda qəbul olunmalıdır, növbəti iclasa saxlayıb zaman itirmək mənasızdır. Qanunvericilikdə də buna mane olan heç bir problem yoxdur. Bizim praktikamızda da bu var”.

Ziyafət Əsgərova cavab olaraq isə spiker Sahibə Qafarova bunun mümkün olmadığını deyib.

Qeyd edək ki, Milli Məclisə daxil olan qanun layihələri üç oxunuşda qəbul olunur.


Müəllif: Cavad