24 Noyabr 2020 11:47
1 239
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin bu gün keçirilən plenar iclasında Vətən müharibəsində qələbə münasibətilə Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişikliyə baxılıb.

Teleqraf.com xəbər verir ki, layihəni deputatlara vitse-spiker Əli Hüseynli təqdim edib.

O deyib ki, indiyə qədər Azərbaycanın 10 orden və 64 medalı təsis edilib. Yeni layihədə daha 2 orden və 15 yeni medalın təsis edilməsi təklif olunur.

Qeyd edək ki, qanun layihəsində “Zəfər” və “Qarabağ” ordeni təsis edilir.

Eləcə də "Cəsur döyüşçü", "Döyüşdə fərqlənməyə görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Vətən müharibəsi iştirakçısı" və "Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə" medalları nəzərdə tutulur.

Xatırladaq ki, bu medal və ordenlər Azərbaycanın işğal olunan ərazilərinin azadlığında iştirak edən hərbi qulluqçulara veriləcək.

Qanun layihəsi parlamentə Prezident İlham Əliyevin imzası ilə daxil olub.

Layihə ikinci oxunuşda səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər