24 Noyabr 2020 14:22
655
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Ağdam şəhərinə səfəri Türkiyə kütləvi informasiya vasitələri (KİV) tərəfindən geniş işıqlandırılıb.

Teleqraf.com xəbər verir ki, Prezident İlham Əliyevin Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışlaması, dağıdılıb viran qoyulan məscidə müsəlman qaydalarına tam əməl edərək daxil olması, dövlətimizin başçısının üçrəngli bayrağımıza ehtiramı və digər mühüm məqamlar qardaş ölkə KİV-lərinin diqqətindən yayınmayıb. Bütün bu qürurverici görüntülər video və fotolarla Türkiyə ictimaiyyətinə çatdırılmaqdadır. Prezident İlham Əliyevin dərin məzmunlu nitqindəki xüsusi mesajlar da media tərəfindən diqqətlə izlənilib.

Qeyd edək ki, Türkiyə kütləvi informasiya vasitələri erməni vandalları tərəfindən vəhşicəsinə dağıdılan Ağdam rayonu barədə geniş materiallar yamaqdadır. Mətbuat haqlı olaraq Ağdamı Xirosima ilə müqayisə edir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər