24 Noyabr 2020 17:00
878
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin imzaladığı atəşkəslə bağlı bütün öhdəliklər icra olunur.

Teleqraf.com-un məlumatına görə, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov deyib.

O bildirib ki, Dağlıq Qarabağla bağlı üçtərəfli bəyanatın həyatqabiliyyətliliyi hər gün təsdiq olunur:

“Rusiyalı sülhməramlılar ən qısa müddətdə müvafiq əməliyyatların icrasına başladılar və həm erməni, həm də Azərbaycan icması ilə sıx əməkdaşlıq edir, humanitar problemlərin həllinə kömək göstərir”.


Müəllif: Teleqraf.com