25 Noyabr 2020 10:53
676
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin sədri Sahibə Qafarova Kəlbəcərin işğaldan azad olunması ilə bağlı paylaşım edib.

Teleqraf.com-un məlumatına görə, paylaşımda bildirilib ki, bu gün Şanlı Azərbaycan Ordusu 1993-cü ildən bu yana erməni tapdağı altında qalan Kəlbəcər şəhərimizə daxil olub.

S.Qafarova bununla da Azərbaycan Resbublikasının BMT Təhlükəsizlik Şurasının daha bir sənədini - 27 ildən çoxdur icra olunmayan 822 saylı qətnaməsini icra etmiş olduğunu qeyd edib: “Yaşasın Ali Baş Komandan, yaşasın Şanlı Ordumuz, yaşasın Azərbaycan!

Bütün Azərbaycan xalqının gözü aydın olsun, hər birinizi təbrik edirəm. Qarabağ Azərbaycandır!”


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər