27 Noyabr 2020 00:41
2 291

Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımadığını bəyan edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.

"Noyabrın 25-də Senat Fransa hökumətini öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımağa çağıran qətnamə layihəsi qəbul edib. Səsvermədən əvvəl aparılan müzakirələr zamanı Fransa XİN-in dövlət katibi Jan-Batist Lemuan məsələ ilə bağlı Fransa hökumətinin mövqeyini xatırladıb - Fransa öz müstəqilliyini elan etmiş "Dağlıq Qarabağ respublikası"nı tanımır", - bəyanatda vurğulanır.


Müəllif: Teleqraf.com