27 Noyabr 2020 16:33
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Moderna” və “Pfizer” şirkətləri tərəfindən hazırlanan koronavirus (COVID-19) peyvəndlərinin yan təsirləri açıqlanıb.

Teleqraf.com xəbər verir ki, məlumatı Amerika Tibb Assosiasiyasının mütəxəssisləri təqdim edib.

Açıqlamaya görə, “Moderna”nın testlərinə qatılan könüllülərin 2,7 faizində peyvəndin ilk dozasının tətbiq edildiyi bölgədə ağrı olub. İkinci dozada könüllülərin 9,7 faizində yorğunluq, 8,9 faizində əzələ, 5,2 faizində oynaq, 4,5 faizində isə baş ağrıları müşahidə edilib.

43 yaşlı bir könüllüdə 12 saat ərzində şiddətli qızdırma meydana gəlib.

“Pfizer” testlərinə qatılan insanların 4 faizində ikinci dozadan sonra baş ağrısı olub.

Yan təsirlərin zərərsiz olduğu bildirilib.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər