28 Noyabr 2020 12:55
608
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Oktyabrın 3-ü və 4-də ATƏT xətti ilə Ermənistanın o zamankı müdafiə naziri David Tonayana müraciət olundu ki, Tərtər şəhərinin bombalanmasını dayandırın, orada mülki insanlar yaşayır. Amma o, dayandırmadı. Əksinə, gün ərzində Tərtər şəhərinə 1 000 raket atılırdısa, gecə ilə raketlərin sayı 2 300-2 400-ə çatdırıldı”.

Teleqraf.com xəbər verir ki, bunu bu gün diplomatik korpusun nümayəndələri, beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərlərinin Tərtərə səfəri zamanı Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Onun sözlərinə görə, həmin müharibə cinayətkarı müdafiə naziri vəzifəsindən azad olunsa da bu kimi cinayət əməllərinə görə cavab verməlidir.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər