28 Noyabr 2020 18:30
964
12 Punto 14 Punto 16 Punto 18 Punto

Füzuli rayonunun Aşağı Seyidəhməli kəndində minaya düşən 4 nəfərdən 3-nün bir ailənin üzvü olduğu məlum olub.

Teleqraf.com xəbər verir ki, həlak olanlar Hacıyev Şakir və Hacıyev Firudin qardaşdır. Həlak olan Adilzadə Zibeydə isə Ş.Hacıyevin qızıdır.

Qeyd edək ki, bu gün saat 15:20-də “Toyota” markalı avtomobilin tank əleyhinə minaya düşməsi nəticəsində 4 dinc sakin dünyasını dəyişib.


Müəllif: Teleqraf.com