30 Noyabr 2020 13:20
1 569
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son zamanlar kütləvi tədbirlərin çox olması yoluxmanın artmasına səbəb olub. Eyni zamanda tək Azərbaycanda deyil, dünyada da virusa yoluxma artıb. Əvvəlki dövrə nisbətdə virusa yoluxma faizi çoxalıb. Ehtimal olunur ki, virus mutasiyaya uğrayıb. Buna görə də yoluxma artsa da, ölüm faizi nisbətən azalıb. Bu, həm də mövsumlə da bağlı olan bir haldır. Amma virusun öldürücülük qabiliyyəti əvvəlkinə nisbətən azdır.

Bunu Teleqraf.com-a Tibb Universitetinin Tədris Cərahiyyə Klinikası Radiologiya şöbəsinin müdiri, dosent Rasim Bayramov deyib.

Şöbə müdirinin sözlərinə, yoluxmada ikinci dalğanın bu cür olacağı gözlənilən idi. Onun fikrincə, ikinci dalğada yoluxma adətən birincidən çox olur: “Amma ümumi yoluxma 2021-ci ilin axırına qədər davam edəcək. Ona görə də insanlar daha diqqətli olmalıdır. Düzdür hamı maskadan istifadə edir. Amma bir çoxları ondan düzgün istifadə etmir. Maskanı çənəyə, ağıza taxırlar. Bu isə yoluxmanın artmasına səbəb olur. Eyni zamanda yaxın təmasdan uzaq olmaq vacibdir. Sosial məsafənin qorunması başlıca şərtdir”.

Radioloq bildirib ki, mütəxəssislərə görə, ikinci dalğa aprelin sonuna qədər davam edəcək: “Qapanmaya getmək də problemi həll etməyəcək. İnsanlar iki həftə daha məsuliyyətli olsa, yoluxma ciddi şəkildə azalar.

Çünki tövsiyyə edilən bütün qaydalara əməl etmək əsas şərtdir. Əslində virus bir növ “təbii seçmə” edir. Yəni güclü, sağlam və ağlından istifadə edənlər daha az yoluxacaq. Əslində bu Darvinizm nəzəriyyəsinin müəyyən mənada isbatıdır.

Rasim Bayramov vaksinlə bağlı isə hal-hazırda istehsal ediləcək COVID-19 peyvəndlərinin 3 növünün olduğunu qeyd etdi: “Birincisi, inaktiv (ölü). İkincisi, adenovirusvektor (canlı). Üçüncüsü, Messenger RNT (mRNT).

Çin (Sinovac) və Fransada (Valneva) inaktiv (ölü) virus, İngiltərədə (AstraZeneca) və Rusiyada (Sputnik V) adenovirusvektor (canlı), ABŞ (ModernavePfizer-BioNTech) mRNTpeyvəndləridir.

Mütəxəssislərin hansı peyvəndi üstün tutmasında ciddi fikir ayrılığı var. Amma bir çox mütəxəssisin fikrini oxuyub bu qənaətə gəldim ki, Adenovirus vektor peyvəndləri daha güvənlidir. Pfizer-BioNTech firmaları 2021-ci ildə ənçox 650 milyon doza peyvənd istehsal edəcəklər. Amerika 300, AB 200, İngiltərə 50, Koreya-Yaponya 100 milyon doza sifariş veriblər artıq. 2021-ci il üçün bu peyvənddən biz sifariş edə bilməyəcəyik. Yəqin ki, biz adenovirus vektor peyvəndlərindən istifadə edəcəyik”.


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər