2 Dekabr 2020 14:43
665
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Ceyhun Bayramovun Özbəkistan xarici işlər naziri Əbdüləziz Kamilov ilə telefon söhbəti baş tutub.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, nazirlər bölgədəki son vəziyyət ətrafında fikir mübadiləsi aparıblar. 10 noyabr tarixli birgə bəyanatda nəzərdə tutulan məsələlərin icrasının vacibliyi, eləcə də bölgədə sülh, əmin-amanlıq və təhlükəsizliyin təmin olunması baxımından bu razılaşmanın həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.

Tərəflər, həmçinin ikitərəfli əməkdaşlıq gündəliyinə daxil olan məsələləri, eləcə də qarşılıqlı maraq doğuran digər məsələləri müzakirə ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər