3 Dekabr 2020 14:53
5 582
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfərinin tarixi məlum olub.

Türkiyə KİV-lərinin məlumatına görə, səfər 9-10 dekabrda baş tutacaq.

***

11:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu ayın 10-da Bakıda keçiriləcək Qələbə paradında iştirak edəcək.

Teleqraf.com Axar.az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə telekanalları məlumat yayıb.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsindəki tarixi qələbəsi münasibətilə dekabrın 10-da Bakının Azadlıq meydanında Qələbə paradının keçiriləcəyi gözlənilir.


Müəllif: Teleqraf.com