4 Dekabr 2020 13:24
1 386
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah iki həftə tamam olacaq ki, təcrid rejimindəyəm. Gedib yenidən test verəcəyəm. Bu elə xəstəlikdir ki, sağ qala da, ölə də bilərsən.

Bu sözləri Teleqraf.com-a COVID-19-a yoluxan və son iki həftəni izolyasiya şəraitində keçirən deputat Tahir Kərimli deyib.

Millət vəkili bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Əvvəlki günlərlə müqayisədə indi özümü çox yaxşı hiss edirəm. Hərarətim faktiki yoxdur”.

Tahir Kərimli Azərbaycan vətəndaşlarına səslənərək hər kəsi özünü qorumağa çağırıb:

“İnsanlarımız özünü gözləsin. Mən belə anlayıram ki, güclü qar yağana qədər virus olacaq. Adətən mövsüm dəyişəndə yoluxucu xəstəliklər, qriplər artır. COVID-19 digər xəstəliklərlə birlikdə dünyada tüğyan edir, insanlarımız özlərini gözləsinlər. Mən iki həftədən çoxdur ki, evdə izolyasiya şəraitində yaşayıram. Nə gedən, nə də gələn var. Qohumlarımızda, dostlarda da yoluxanlar var. Çox təhlükəlidir. İnsanlar bəzən bunu bilmir, amma virus daşıyıcısıdır. Odur ki, hamı sosial məsafəni gözlğməli, qoruyucu maskadan istifadə edilməlidir.

Görün vəziyyət nə yerdədir ki, bacım rəhmətə gedib, amma mən onun dəfnində iştirak edə bilmədim. Görün necə dəhşətli xəstəlikdir ki, qardaş bacının torpağa tapşırılanda gedə bilmir. İnsanlar bunu nəzərə almalı və ehtiyatlı olmalıdır”.


Müəllif: Cavad

Oxşar xəbərlər