4 May 2014 16:29
1 283
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün saat 11:30 radələrində Bakı-Şamaxı yolunda avtomobil qəzası baş verib. Hadisə zamanı bir neçə əsgərin xəsarət almaları barədə yayılan xəbər həqiqətə uyğun deyil.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, qəza zamanı yalnız bir əsgər Cəfərli Sadiq İlqar oğlu şüşə kəsməsi nəticəsində yüngül bədən xəsarəti alıb.

İlkin tibbi yardım göstərilməsi üçün əsgər hərbi tibb müəssəsinə aparılıb. Yardım göstərildikdən sonra əsgər xidmət yerinə qaytarılıb.


Müəllif: