6 Dekabr 2020 17:26
744
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın müxtəlif partiyalarını təmsil edən deputatlardan ibarət nümayəndə heyətinin Ağdama səfər etməkdə məqsədi müharibəni yenidən alovlandıran səbəblər, onun nəticələri, gələcəkdə Azərbaycan və erməni xalqlarının birgəyaşayışı üçün hansı şərtlərin mövcud olması barədə fikir formalaşdırmaqdır.

Teleqraf.com xəbər verir ki, bunu Ağdamda jurnalistlərə müsahibəsində İtaliya Senatının üzvü Adolfo Urso bildirib.

Senatın üzvü deyib ki, insani, dini dəyərlərə hörmət əlaməti olaraq, ilk növbədə, həqiqətin nədən ibarət olduğunu araşdırmaq önəmlidir. Gördüyümüz həqiqət ondan ibarətdir ki, burada cinayət törədilib. Yüz minlərlə günahsız insan öz yaşadıqları ərazilərdən qovulub. Azərbaycan öz torpaqlarını geri qaytarıb. Beynəlxalq təşkilatlar tərəfindən qəbul olunan qətnamələr də bir daha sübut edir ki, bu ərazilər Azərbaycan torpaqlarıdır. Bu torpaqları işğaldan azad etmək Azərbaycanın haqqıdır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər