6 Dekabr 2020 18:28
707
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdama səfər edən İtaliya Deputatlar Palatasının sədr müavini Ettore Rosato jurnalistlərə müsahibəsində burada müharibənin acınacaqlı nəticələrini, dəhşətli üzünü, dağıntıları gördüklərini bildirib.

Teleqraf.com xəbər verir ki, o qeyd edib ki, bundan təsirli görüntüləri görmək mümkün deyil: "Burada bütün evlər, infrastruktur dağıdılıb. Azərbaycan dövlətinin və xalqının səyləri nəticəsində bundan sonra bu torpaqlara həyat qayıdacaq. Dağıdılmış evlər yenidən bərpa olunacaq, buralar iqtisadi cəhətdən yenidən inkişaf edəcək. İnanırıq ki, beş ildən sonra buraya gələndə tamamilə başqa mənzərə ilə qarşılaşacağıq".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər