20 Oktyabr 2014 16:27
767
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbi Bəhramov: “Rusiyada apardığımız müzakirələr çox faydalı oldu”

Bu yaxınlarda Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin dəvəti ilə bir qrup tarixçi-alim Moskvada səfərdə olub. Teleqraf.com-un məlumatına görə, bunu Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov bildirib.

C.Bəhramov qeyd edib ki, səfər çərçivəsində Rusiya Dövlət Dumasında dəyirmi masa təşkil olunub. Onun sözlərinə görə, dəyirmi masada Rusiya-Azərbaycan münasibətləri, əlaqələrin tarixi, müasir dövrdə əməkdaşlıq məsələləri və sair məsələlər müzakirə edilib:

“Hesab edirəm ki, bu görüş səmərəli oldu və gələcək əməkdaşlığın inkişafı baxımından müsbət nəticələr verəcək. Qərara gəlindi ki, belə görüşlər gələcəkdə də davam etdirilsin. Artıq ilkin razılaşma var və yaxın vaxtlarda Dövlət Dumasının bir neçə deputatının Bakıya səfəri gözlənilir. Keçirilən görüşlər zamanı biz Dağlıq Qarabağ münaqişəsini diqqətdə saxladıq. Qeyd olundu ki, Rusiya ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin ədalətli, beynəlxalq hüquq normalarına uyğun olaraq həll edilməsi istiqamətində səylərini artırmalıdır. Fikrimcə, bu tipli müzakirələr Dövlət Dumasının digər fraksiyaları ilə də aparılsa, çox effektli olar. Ona görə də, xüsusilə “Yedinaya Rossiya” fraksiyasının da prosesə cəlb olunmasını istəyirik. Ümumilikdə, alimlərimizin Rusiyada apardığı müzakirələr çox faydalı oldu”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər