7 Dekabr 2020 11:42
1 185
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qarşıdakı günlərdə Çində COVID-19 peyvəndinin kütləvi istifadəsi üçün rəsmi qərarın veriləcəyi gözlənilir.

Teleqraf.com-un məlumatına görə, Çin Baş nazirinin müavini Sun Çunlan Milli Qida və Dərman Nəzarəti İdarəsi ilə birgə COVID-19 peyvəndinin hazırlanması prosesini aparan “Sinovac” və “Sinopharm” şirkətlərini ziyarət edib.

Dövlət məmuru şirkətləri geniş vaksin istehsalına hazır olmağa çağırıb.

İngiltərənin ”Pfizer” və “BioNTech” şirkətləri tərəfindən ortaq şəkildə hazırlanan COVID-19 peyvəndi üçün təcili istifadə təsdiqi verildikdən sonra Çində əczaçılıq qurumları tərəfindən hazırlanan peyvəndlər üçün təsdiqləmə işi sürətlənib.

Çinli mütəxəssislər ilin sonuna qədər ölkədə 600 milyon doza vaksin istifadəsini təsdiqləməyi planlaşdırdığını açıqlayıb. Çində dekabr ayında rəsmi olaraq peyvəndlərin kütləvi istifadəsinin təsdiqlənməsi gözlənilir, lakin vaksinlərin əhatə dairəsi, miqyası və qiyməti ilə bağlı qeyri-müəyyənliklər qalmaqdadır.

Çin şirkətləri peyvəndlərdə sınaqların son mərhələdə olduğunu bildirsələr də, hələ testlər barədə məlumat verməyiblər. “Sinofarm” və “Sinovac” peyvəndlərinin təcili istifadəsi klinik sınaqlar tamamlanmadan təsdiqlənmişdi.

“Sinovac”ın hazırladığı peyvəndin 97-98 faiz təsirli olduğu deyilir. Şirkətin illik 300 milyon doza peyvənd istehsal etmək gücünü artırdığı deyilir.

“Pfizer-BioNTech” isə hazırladığı peyvəndin son testlərinin xəstələr üzərində 95 faiz təsirli olduğu bildirilib.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndlərin təsiri və təhlükəsizliyi barədə inandırıcı məlumatlar verilmədiyi təqdirdə təcili istifadə lisenziyasının təqdiminin çətin olacağını bildirir.

Bu günə qədər Çində 1 milyondan çox insana peyvənd vurulub və könüllülər ciddi yan təsiri olmayıb.

Məlumata görə, Çində beş fərqli metodla ən azı 14 COVID-19 peyvəndi hazırlanır.

“Sinovac”ın hazırladığı peyvənd üçün rəsmi olaraq qiymət təyin edilməsə də, səlahiyyətlilər yüksək risk qruplarından olan insanların 200-400 yuan arası (təxminən 1.921 - 3.842 dollar) peyvənd dozası ala biləcəklərini açıqlayır.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər