8 Dekabr 2020 12:32
507
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yarat” Fondu Fərmanla müəyyən edilmiş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün şəffaf, effektiv və əlçatan platformanın formalaşdırılması məqsədilə təsis olunur.

Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bu gün keçirilən onlayn mətbuat konfransında məlumat verib.

Ülvi Mehdiyev bildirib ki, fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Azərbaycan Respublikası Prezidentinin yaratdığı Himayəçilik Şurası həyata keçirir: “Vəsait Azərbaycan Respublikası vətəndaşlarının, xarici ölkələrdə yaşayan soydaşlarımızın, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılacaq.

Fərmana əsasən Fondun vəsaitlərinin idarə olunması ilə bağlı elektron hesabatlılıq, habelə daxil olan və xərclənən vəsaitin məbləği və istiqamətləri ilə bağlı məlumatların rəsmi internet səhifəsində yerləşdirilməsi və daim yenilənməsi təmin ediləcək”.

Ülvi Mehdiyev əlavə edib ki, Fond vasitəsilə həyata keçirilən tədbirlərə könüllülər də cəlb ediləcəklər.

“YAŞAT” Fondunun bank rekvizitləri: Azərbaycan Respublikası daxilində ianələr üçün Manat hesabı: AZ76IBAZ38090019447968925204 Xaricdən göndərilən ianələr üçün: USD hesabı: AZ66IBAZ38190018407968925204 EURO hesabı: AZ46IBAZ38190019787968925204 Rubl hesabı: AZ83IBAZ38190018107968925204


Müəllif: Aysel Azad

Oxşar xəbərlər