“İşğaldan azad edilən torpaqların yenidən qurulması prosesində də Azərbaycanın yanında olacağıq”.
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycana səfərindən əvvəl jurnalistlərin suallarını cavablandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“44 gün davam edən çətin mübarizə sayəsində bu gün ulduz və hilal Qarabağ səmalarında qürurla dalğalanır. Can Azərbaycana dəstəyimiz bundan sonra da davam edəcək. İşğaldan azad edilən torpaqların yenidən qurulması prosesində Azərbaycanın yanında olacağıq”, - Türkiyə lideri vurğulayıb.