Türkiyənin Hərbi Fabrik və Gəmiqayırma İstismarı Şirkəti (ASFAT) Azərbaycana Mexaniki Minatəmizləmə Texnikası (MEMATT) satacaq.
Teleqraf.com xəbər verir ki, şirkət tərəfindən edilən açıqlamada “Mexaniki Minatəmizləmə Avadanlıqlarının İstehsalı və Çatdırılması Layihəsi” çərçivəsində 20 texnikanın Azərbaycana təqdim olunacağı bildirilib.
Məlumatda qeyd edilib ki, Türkiyə Silahlı Qüvvələri tərəfindən də istifadə edilən MEMATT-in ixracatında müsbət nəticələr əldə edilib.
Azərbaycanla 20 minatəmizləmə avadanlığının istehsalı və çatdırılması üçün müqavilə imzalanıb.