Bakının Azadlıq meydanında Vətən müharibəsində qələbəyə həsr olunan Zəfər paradı başlayıb.
Teleqraf.com xəbər verir ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana raport verib.
Azərbaycan və Türkiyə prezidentləri parad iştirakçılarını birgə salamlayıblar.