Dünyanın ən böyük sosial media platforması “Facebook” bu gün “messenger” mesajlaşma tətbiqetməsinin və “Instagram” foto paylaşma platformasının çökdüyünü elan edib.
Teleqraf.com xəbər verir ki, şirkət iş yeri xidmətinə giriş probleminin olduğunu da açıqlayıb.
Şirkət sözçüsü bildirib ki, bacardığı qədər hər iki platformanın sürətli işləməsi üçün səylərini davam etdirirlər.
Messenger üçün 1800-dən çox şikayət aldıqlarını bildirən “Facebook”, “Instagram” üçün 350 şikayət aldıqlarını açıqlayıb.