11 Dekabr 2020 11:40
416
12 Punto 14 Punto 16 Punto 18 Punto

“44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusunu darmadağın edərək. torpaqlarımızı işğaldan azad etdi, Azərbaycan Ordusunun qüdrətini bütün dünya gördü”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında parlamentin spikeri Sahibə Qafarova deyib.

Spiker əlavə edib ki, Türkiyə bu 44 gün ərzindən özünün siyasi və mənəvi dəstəyi ilə daim Azərbaycanın yanında yer aldı.

Onun sözlərinə görə, Zəfər paradında Türkiyənin bizimlə bir yerdə olmasının çox dərin mənası var:

“Azərbaycan və Türkiyə qardaş ölkədir. Həmin paradda nümayiş etdirilən ən müasir hərbi texnikalar Azərbaycan dövlətinin hərbi qüdrətini nümayiş etdiməklə yanaşı, onu da göstərdi ki, bundan sonra heç kim Azərbaycanla güc və təhdid dilində danışa bilməz”.


Müəllif: Cavad

Oxşar xəbərlər