“Rus Sputnik V” peyvəndini nüfuzdan salmaq üçün xaricdən müəyyən mənbələr hesabına vəsait ayrılır”.
Teleqraf.com xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov deyib.
O bildirib ki, xaricdən, sosial mediadan və rus internet qaynaqlarında Rusiya istehsalı olan peyvəndinin təhlükəli olduğuna dair məlumatlar yayılıb: “Hazırda peyvəndin ordu da daxil olmaqla, ümumilikdə rədd edildiyi deyilir, eləcə də “istintaq” və “şahidlər”in yalan ifadələrinə əsaslanan məlumatlar hazırlanır. İnformasiya sahəsində həyata keçirilən bu təxribat peyvəndin təsirini azaltmayacaq, xaricdəki həmkarlarının “müalicəsini” də artırmayacaq”.
Qeyd edək ki, Rusiyada başlayan peyvəndləmə həkimlər, müəllimlər və sosial işçilər kimi yüksək risk qrupunda olan 150 mindən çox insanı əhatə edib.