Dağlıq Qarabağda hərbi əməliyyatların başa çatması və bölgədəki Rusiya sülhməramlı əməliyyatlarının başladığı andan etibarən ilk dəfə atəşkəs pozulub.
Teleqraf.com xəbər verir ki, bu barədə Rusiyanın Müdafiə Nazirliyi məlumat yayıb.
"23 müşahidə məntəqəsində Rusiya sülhməramlıları vəziyyəti gecə-gündüz izləyir və atəşkəsə əməl olunmasına nəzarət edirlər. Dekabrın 11-də Hadrutda atəşkəs rejiminin pozulması ilə bağlı bir hal qeydə alınıb", - məlumatda qeyd edilib.