Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə öz təşəkkürümü bildirirəm ki, bu sevinci 7 ildən sonra bizə yaşatdı.
Bu sözləri Teleqraf.com-a bu gün erməni girovluğundan qurtarılaraq Vətənə qaytarılan Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov deyib:
"Prezidentimiz işğal olunmuş bütün ərazilərimizi, atamın can qoyduğu, ata Vətəni Kəlbəcəri işğaldan azad etməklə yanaşı, 7 ildən sonra atam Dilqəm Əsgərovu da girovluqdan azad etdi. Bu sözü dəfələrlə demişəm, indi də deyirəm atam Dilqəm Əsgərovu erməni girovluğundan xilas edəcək tək insan cənab Prezidentimiz idi. Sağ olsun Ali Baş Komandanımız, var olsun Azərbaycan dövləti. Azərbaycan Ordusuna öz təşəkkürümüzü bildirirəm, şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbr diləyirəm. Cənab Prezidentimizlə şəxsən görüşüb, bu sevinci bizə yaşatdığına görə əlini kişi kimi sıxıb təşəkkürümü bildirmək istəyirəm. Ali Baş Komandanımız var olsun", - deyə o bildirib.