ABŞ-ın Türkiyəyə qarşı elan etdiyi sanksiyalar qəbuledilməzdir.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin iclasında deputat Aydın Mirzazadə deyib.
O, dünən axşam verilən sanksiyaya kəskin etirazını ifadə edib.
A.Mirzəzadənin sözlərinə görə, Türkiyə Azərbaycana qardaş ölkədir və ona qarşı belə addım təəssüf hissi yaradır: “Mən hesab edirəm ki, Türkiyənin müstəqil qərar vermək hüququna hörmətlə yanaşılmalıdır”.