Çində hazırlanan "Sinovac" vaksininin hazırlayan şirkət 1993-cü ildən bu istiqamətdə işlərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bunu TƏBİB-in İdarəetmə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib:
"Bu vaksinin ən böyük üstünlüklərindən biri immunitet sistemimizə təsir edərək, antitellər yaratmasıdır. Vaksinlə bağlı bir çox ölkələrdə araşdırmalar aparılıb və 97 faiz effektli olduğu bildirilir.
Bu gün Türkiyə vaksinin 3-cü faza sınaq mərhələsində iştirak edir. Bu günə qədər aparılan tədqiqatlar yayımlanmasa da, çox ümidvericidir. Düşünməyin ki, Çin vaksini olduğu üçün effektli olmayacaq. Türkiyədəki həmkarlarımız da bu inaktiv vaksin üzərinə tədqiqatlar aparır. Bu vaksinin hər hansı əks-təsiri gözlənilmir. Digər vaksinlər yeni olduğu üçün onlarla bağlı çox məlumat yoxdur. Bu vaksinin digər vaksinlər dən müsbət tərəfi də mənfi 4 dərəcədə saxlanıla bilməsidir və daşınması asandır" .
Ramin Bayramlı əlavə edib ki, peyvənlə bağlı aparılan danışıqlarda bütün parametrlər nəzərə alınacaq: "Dərmandan fərqli olaraq vaksinin hazırlanması, istifadəyə buraxılması daha çətindir. "Sinovac" vaksinin istehsalının bir hissəsi Türkiyəyə yerinə yetiriləcək. Qərar verilən kimi, ictimaiyyətə məlumat çatdırılacaq.
Vaksinin ən az bir il qoruyuculuğu ola bilər. Bu tədqiqatlar qarşıdakı dövrdə təsirini göstərəcək".