Koronavirus aşkarlandığı gündən onun mənşəyi ilə bağlı suallar var.
Teleqraf.com xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün keçirilən brifinqdə deyib:
"Virusun dəqiq mənşəyi ilə bağlı məlumat vermək mümkün deyil. Virusun genetikasını yenidən araşdırıb, mənşəyini tapmağa çalışırlar. Ümid edirəm ki, tədqiqatçılar virusun mənşəyinə aydınlıq gətirəcəklər.
ÜST-ün nümayəndələri 10 il əvvəl infeksion xəstəliklərlə bağlı xəbərdarlıq edirdilər. Pandemiyalar hər zaman olur və biz bunu həmişə gözləyirik. Virusun heyvanlardan insanlara yoluxmasınını ehtimal edirik. Lakin daha dəqiq məlumat sonra veriləcək".
Hande Harmancı əlavə edib ki, bu günə qədər vaksindən başqa virusun müalicəsində istifadə ediləcək hər hansı dərman hazırlanmayıb.