16 Dekabr 2020 11:59
506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bölgələrdə səhiyyə sistemindəki çatışmazlıqların müşahidə olunması gözlənilən idi. Belə vəziyyəti daha çox cəbhəyanı bölgələrdə, xüsusilə Tərtər və Ağdamda müşahidə etdik.

Teleqraf.com xəbər verir ki, bu sözləri Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı bu gün keçirilən brifinqdə deyib:

"Son hadisələrlə əlaqədar insanların özlərini daha təhlükəsiz hiss etmələri üçün səhiyyə əməkdaşları həmin zonaya göndərildilər. Biz də dəstək məqsədilə bu regionlara səfər etdik.

Qeyd edim ki, səhiyyə sistemindəki çatışmazlıq bütün dünyada müşahidə olunur. Xüsusilə insanlar paytaxta gəlməyi, xidmətdən istifadə etməyi üstün tuturlar. Biz də regionlardakı çatışmazlıqları aradan qaldırmaq üçün Səhiyyə Nazirliyi və TƏBİB-lə planlama aparacağıq".


Müəllif: Aysel Azad

Oxşar xəbərlər