Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq.
Teleqraf.com-un məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu 24 TV-yə müsahibəsində deyib.
Çavuşoğlu qeyd edib ki, Dağlıq Qarabağda atəşkəsə nəzarət üzrə Türkiyə-Rusiya ortaq monitorinq mərkəzi Ağdamda yerləşəcək:
“Rusiya ilə imzaladığımız memorandumda açıq şəkildə göstərilib ki, müşahidə nöqtələri Azərbaycanın göstərdiyi yerlərdə olacaq. Ev sahibi haranı göstərirsə, müşahidə nöqtələri orada olmalıdır”.