18 Dekabr 2020 12:53
341
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Nar bayramı, ənənəvi nar festivalı və mədəniyyəti” nominasiya sənədi UNESCO-nun Reprezentativ Siyahısına daxil edilib.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Məlahət İbrahimqızı deyib.

O, əlavə edib ki, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən belə bir qərarın qəbul edilməsi Birinci Vitse-prezident Mehriban Əliyevanın yorulmaz fəaliyyətinin nəticəsidir:

“Ali Baş Komandanımızın bu gün istər diplomatiya masasında, istərsə də cəbhədə əldə etdiyi qələbələrdə Mehriban xanımın da mədəniyyət sahəsində əldə etdiyi qələbələrin rolu danılmazdır. Biz bu istiqamətdə də işləri davam etdirməliyik. Çünki bizim düşmənimiz təkcə torpaqlarımıza deyil, mədəni irsimizə də göz dikib”.


Müəllif: Cavad

Oxşar xəbərlər