Rusiyanın Dağlıq Qarabağdakı Minalardan Təmizləmə Mərkəzinin hərbi qulluqçuları Əsgərandakı orta məktəbin şagirdləri ilə partlayıcı maddə aşkar edildikdə təhlükəsizlik tədbirlərinə riayət olunmasına dair dərslər keçiblər.
Teleqraf.com xəbər verir ki, rus hərbçilər erməni məktəblilərinə partlayıcı qurğuların təsnifatı və partlayıcı obyekt aşkar olunduqda davranış qaydalarını izah ediblər.
Mərkəzin hərbi qulluqçuları rus hərbçilərinin avadanlıqlarının nümunələrini azyaşlı ermənilərə nümayiş etdiriblər.
Dərslərə ümumilikdə 80-dən çox orta məktəb şagirdi, müəllim və məktəblilərin valideynləri qatılıb.