19 Dekabr 2020 18:05
1 485
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Çox yüksək səslə danışan insanlar maska taxmırsa, 6 metrdən çox məsafədən damcı yolu ilə virusu ötürmə ehtimalı var".

Teleqraf.com xəbər verir ki, bunu Gülhane Təhsil və Araşdırma Xəstəxanası Yoluxucu Xəstəliklər və Klinik Mikrobiologiya mütəxəssisi, professor Ümit Savaşçı deyib.

Professor koronavirusun xüsusilə evdaxili təmas yolu ilə yayılmasına diqqət çəkib: “Əgər qapalı mühitdə 15 dəqiqədən çox virus daşıyan birisi ilə maskasız olsanız, yoluxma qaçılmazdır.

Əgər qapalı mühit ümumiyyətlə havalandırılmırsa, daşıyıcı insan həmin mühitə gəlib vurusu yoluxdurur. Xüsusilə səs tonu yüksək olan insanlar damcı yolu ilə virusun uzaq məsafələrə yayılmasına səbəb ola bilər.

Maskanın qoruyuculuğu var. Qapalı mühitdə hər iki şəxs maska taxsa, 90 faizdən çox qorunma olacaq”.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər