19 Dekabr 2020 16:41
453
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Əlilliyi olan şəxslərin reabilitasiya vasitələri ilə təmin edilməsi Şərtləri və Qaydası” təsdiq edilib. Qaydalarda reabilitasiya vasitələrinin sayı və ölçü vahidi, həmçinin istifadə, təminat, hazırlanma müddətləri, eləcədə təmiri və ya zərurət yarandıqda vaxtından əvvəl dəyişdirilməsi müddətləri və vasitələrin hansı qurumlar tərəfindən təmin edilməsi göstərilib".

Bu barədə Teleqraf.com-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, qaydalar əsasən, reabilitasiya vasitələrini almaq hüququ Əmək Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin komissiyalarının qərarı ilə təmin olunur:

"Bütün növ reabilitasiya vasitələri Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyindəki Protez-Ortopedik Bərpa Mərkəzi tərəfindən təmin edilir, yalnız minik avtomobili Sosial Xidmətlər Agentliyi tərəfindən növbəlilik əsasında təmin edilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər minik avtomobili ilə növbədənkənar təmin olunurlar".

Eyni zamanda qeyd olunub ki, minik avtomobili və mühərrikli təkərli oturacağa münasibətdə dövlət hesabına əlilliyi olan şəxsin seçiminə görə yalnız ikisindən biri ilə təmin oluna bilər, əgər əlilliyi olan şəxs hər iki vasitəni almaq istəyirsə onda digər vasitəni öz vəsaiti hesabına alacaq:

"Minik avtomobili təyin olunduqda, ondan istifadə hüququ əlilliyi olan şəxsə və onunla bir məntəqədə yaşayan qohumuna verilir, amma avtomobil Əmək Nazirliyinin qeydiyyatında saxlanılır. Yalnız əlil vəfat etdikdən sonra avtomobil onun ailəsinin mülkiyyətinə verilir, əgər vəfat edənin ailəsi yoxdursa həmin avtomobil (bu hal mühərrikli təkərli oturacağa da aiddir) geri götürülür və növbəlilik üzrə digər ehtiyacı olan əlillə təqdim edilir".


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər