21 Dekabr 2020 19:45
754
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya nümayəndə heyəti Azərbaycan nümayəndələri ilə ölkəmizdə koronavirus əleyhinə “Sputnik V” rus peyvəndinin istehsalını, həmçinin “Sputnik V” birləşməsinin “AstraZeneca” peyvəndi ilə klinik sınaqlarını müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bu barədə “Rossiya 24”ün efirində “R-Farma”nın qurucusu və direktorlar şurasının sədri Aleksey Repik bildirib.

A.Repik televiziya kanalının efirində deyib:

“Proqram təkcə Rusiyada deyil, bir sıra ölkələrdə də inkişaf etdiriləcək: biz elə indi klinik tədqiqatlar layihəsini müzakirə etmək üçün Azərbaycan Respublikasına uçuruq. Yaxın Şərq ölkələri, Müstəqil Dövlətlər Birliyinin digər ölkələri də burada iştirak edə bilər”.

Azərbaycana səfərin məqsədini şərh edərək, o qeyd edib ki, səfər ilk növbədə yeni kombinasiyanın (AstraZeneca peyvəndi ilə - red.) klinik tədqiqatları, həmçinin ixtisaslaşmış müəssisələrin, farmaseptik müəssisələrin “Sputnik” peyvəndinin istehsal qabiliyyətini öyrənməklə bağlıdır.

Koronavirusun profilaktikası üçün dünyada ilk dəfə Qamaley Mərkəzi tərəfindən hazırlanmış peyvənd bu ilin avqust ayında Rusiya Səhiyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb. Peyvəndə “Sputnik V” adı verilib.


Müəllif: Səxavət

Oxşar xəbərlər