Dövlət büdcəsi və zərfi Milli Məclisə artıq daxil olub. Sabahdan komitələrdə bu məsələlər müzakirə ediləcək. Plenar iclas isə dekabrın 24-də olacaq.
Teleqraf.com xəbər verir ki, bunu parlamentin bu gün keçirilən plenar iclasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.
O, əlavə edib ki, sabah saat 9:00-dan başlayaraq deputatlar koronavirus testindən keçəcək.