23 Dekabr 2020 14:43
398
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ hökuməti tərəfindən din azadlığı pozulan ölkələrlə bağlı ictimaiyyətə məlumat verilib, eyni zamanda ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyası (BDAK) bununla əlaqədar bəyanat yayıb.

Dini İşlər üzrə Dövlət Komitəsi tərəfindən Teleqraf.com-a verilən məlumata görə, ABŞ Dövlət Departamentinin məlumatında 1998-ci il tarixli Beynəlxalq Dini Etiqad Azadlığı Aktına əsasən, ölkələr “xüsusi narahatlıq yaradan” və “xüsusi izləmə” olmaqla 2 təsnifat üzrə qruplaşdırılıb.

Qeyd edək ki, BDAK-ın bəyanatında Komissiya tərəfindən dərc edilmiş 2020-ci il hesabatında növbəti dəfə ədalətsizliyə yol verilərək bir sıra ölkələrlə yanaşı, Azərbaycanın da “xüsusi izləmə“ siyahısına daxil olunması tövsiyəsi xatırladılmışdır.

Lakin ABŞ-ın dövlət katibinin tövsiyəsi əsasında Azərbaycan bu il “xüsusi narahatlıq yaradan” və ya “xüsusi izləmə” siyahılarına daxil edilməyib.


Müəllif: Cavad

Oxşar xəbərlər