24 Dekabr 2020 12:53
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz gələcəyə, növbəti dövrə ruh yüksəkliyi, məqsəd və planlarla keçirik. İşğaldan azad edilən ərazilərdə maliyyə-bank strukturlarının qurulması planları haqqında düşünürük. Ümid edirik ki, manatın bütövlükdə ölkə ərazisində işlənməsi təmin ediləcək. Əminik ki, Prezidentin rəhbərliyi ilə Azərbaycan bu qələbənin təsiri altında intibah dövrünü yaşayacaq. Azərbycan beynəlxalq nüfuz və mövqeyini daha da gücləndirəcək.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxışı zamanı Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.

Rüstəmov qeyd edib ki, növbəti ildə maliyyə sabitliyinin qorunması, maliyyə sektoruna dəstək, sığorta, qiymətli kağızlar bazarının dərinləşməsi, burada olan problemlərin həlli istiqamətində geniş strategiya hazırlanıb:

"2021-ci ilin dövlət büdcəsi dünyada iqtisadi aktivliyin qeyri-müəyyən olduğu şəraitdə proqnozlaşdırılır. Pandemiya ayrı-ayrı ölkələrin iqtisadiyyatını mühüm sınaqlara çəkəcək. Bütün resurslardan səmərəli istifadə edilməsi iqtisadi artımın, rifahın yüksəldilməsi istiqamətində olduqca böyük nəticələr əldə etməyə imkan yaradacaq”.

Elman Rüstəmov ölkənin strateji valyuta ehtiyatlarının il ərzində sabit qaldığını və Mərkəzi Bankın valyuta ehtiyatlarının 3%-dən çox artdığını da vurğulayıb.


Müəllif: Cavad

Oxşar xəbərlər