24 Dekabr 2020 13:13
2 459
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu il gösərdi ki, icra orqanlarında ciddi problemlər, həmçinin korrupsiya ilə bağlı nöqsanlar var. Yeddi rayonda baş verənlər də bunu göstərir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin İnsan haqları komitəsinin sədri Zahid Oruc gələn ilin dövlət büdcəsi haqqında müzakirəsi zamanı deyib.

O, hökuməti bu sahəyə nəzarəti artırmağa çağırıb.

Zahid Oruc həmçinin 2021-il üçün səhiyyə xidmətinə 1,4 milyard manat ayrıldığını, bunun yaxşı rəqəm olduğunu deyib:

"Ölkə üçün əsas problem COVİD-19-dur. Bu virus heç bir təbəqədən olan insanlara rəhm etmir. Hər kəs Prezidentin müharibə çağırışına dərhal səs verdi, 44 gün ərzində düşmənlə mübarizə apardı. Arxa cəbhədə olanlar çörəklərini ön cəbhədəkilərlə bölüşdü, beləcə erməni adlı şərə qalib gəldik. Səhiyyə sistemində də belə birlik olmalıdır. Səhiyyə Nazirliyi və TƏBİB-ə güvənc aşağıdır. Hesab edirəm ki, müvafiq qurumlar bu istiqamətə nəzarəti gücləndirməlidir. Dərmanların qiymətləri bahadır və bu ciddi problemdir. 40 manata olan “Favipiravi”nin 500 manata satılır. Əslində bu cinayət əməlidir”.


Müəllif: Nemət

Oxşar xəbərlər