Milli Məclisdə 2021-ci il üçün dövlət büdcəsinin müzakirəsi zamanı spiker Sahibə Qafarova deputatların çıxışının 10 dəqiqədən 5 dəqiqəyə endirilməsi təklifinə müsbət yanaşmayıb.
Teleqraf.com xəbər verir ki, parlamentdə 2021-ci ilin büdcə müzakirəsi zamanı deputatlardan biri çıxışların 10 dəqiqədən 5 dəqiqəyə endirilməsini təklif edib.
Spiker Sahibə Qafarova isə bildirib ki, bu mümkün deyil:
“Biz vacib məsələləri müzakirə edirik. Deputatların çıxışı 10 dəqiqə olacaq. Əgər pandemiyaya görə, kimsə narahatdırsa, deyim ki, deputatlar COVİD-19 testindən keçiblər”.