24 Dekabr 2020 13:17
1 835
12 Punto 14 Punto 16 Punto 18 Punto

44 gün ərzində biz nə iqtisadi, nə sosial, nə də maliyyə cəhətdən problemlər yaşamadıq. Bu möhtəşəmdir. Prezidentin formalaşdırdığı komanda bu qələbə üçün xidmət göstərdi.

Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisdə çıxış edən AVP sədri, deputat Fəzail Ağamalı deyib.

Onun sözlərinə görə, məhz belə bir komandanın deputatların təqdimatına verdiyi büdcə layihəsi mükəmməldir və Prezidentin həyata keçirdiyi strateji xəttə xidmət edir:

“Burada həmkarlarım ən müxtəlif təkliflərlə çıxış edirlər. Bu gün ən əsas məsələ işğaldan azad edilən torpaqlara qayıtmaqdır. Büdcədə ənənəyə sadiq qalaraq sosial məsələlərə üstünlük verilib. Pensiya və maaşlar artırılacaq Bundan sonra bütün vəsait müdafiə və təhlükəsizlik qabiliyyətinin artırılması ilə yanaşı, işğaldan azad edilən ərazilərə yönəlməlidir. İstərdim ki, həmkarlarım buna diqqət etsin. Mənim də bir sıra təkliflərim var. Amma düşünürəm ki, bu mümkün və doğru deyil. Biz qələbənin nəticələrini gücləndirməliyik. Mən hətta deyərdim ki, işğaldan azad edilən ərazilərin abadlaşdırılmasına ayrılan 2,2 milyard manat azdır, digər resurslar hesabına bu rəqəm artırılsın”.


Müəllif: Nemət

Oxşar xəbərlər