Milli Məclis “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsini sabah davam etdirəcək.
Teleqraf.com-un məlumatına görə, parlamanetin sədri Sahibə Qafarova bildirib ki, deputatların büdcə ilə bağlı çıxışları sabah davam etdiriləcək.
Spiker həmçinin plenar iclasda iştirak edən nazir, baş nazirin müavinlərini sabah toplantıda gözlədiklərini ifadə edib.