25 Dekabr 2020 16:57
720
12 Punto 14 Punto 16 Punto 18 Punto

2021-ci ilin dövlət büdcəsində müdafiə xərclərinin artırılması mühüm əhəmiyyətə malikdir. Hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün ordunun təchizatına xüsusi önəm verir. Azərbaycanın mənfur qonşusunun olduğu bir şəraitdə ordu quruculuğuna xüsusi diqqət zəruridir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Elman Məmmədiov deyib.

Onun fikrincə, atılan addımlar, nəzərdə tutulan bütün proqramlar Ordumuzun daha da güclənməsinə imkan yaradacaq:

"Müharibə yenicə bitdiyi üçün Ordunun müəyyən ehtiyacları var. Bu ehtiyacların qarşılanması üçün əlavə vəsait tələb olunur. Eyni zamanda dünyada hərbi sənaye günü-gündən inkişaf edir. Azərbaycan Ordusunun bu istiqamətdə də davamlılığını təmin etmək üçün zəruri addımların atılması vacibdir. Bu məqsədlə 2021-ci ilin dövlət büdcəsində hərbi xərclər mühüm yer tutur. Hərbçilərin sosial təminatı üçün də vacib işlərin görülməsi planlaşdırılır. Bildirim ki, gələn ilin dövlət büdcəsində nəzərdə tutulan hərbi xərclər bu illə müqayisədə yüksəkdir".

Deputat bildirib ki, düşmən məğlub edilsə də, Ordumuz diqqətli olmalı, tədbirli və inkişaf yönümlü istiqamətini davam etdirməlidir:

“Hərbi xərclər əhəmiyyətli dərəcədə artırılacaq. Azərbaycan Ordusu indiki səviyyəsi ilə dünyanın 50 güclü ordusu sırasında yer alıb. Növbəti illərdə Ordumuzun 44 günlük müharibədəki göstəricilərinə görə, daha öncül yerlərə yüksəlməsi proqnozlaşdırılır. Çünki Azərbaycan Ordusu öz döyüş qabiliyyətinə görə fərqlənib".


Müəllif: Tapdıq Qurbanlı

Oxşar xəbərlər